Şriftin ölçüsü :

Saytın rəngi :

Nərimanov rayonunda 20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə əlaqədar bir sıra tədbirlər keçirilib

17 yanvar 2020 | 16:00

Nərimanov rayonunda 20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə əlaqədar bir sıra tədbirlər keçirilib

17 yanvar 2020-ci il tarixində 20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə əlaqədar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Bitməyən acı” şuarı altında anım tədbiri keçirilmişdir.
Öncə Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova, ictimaiyyətin, rayonda yaşayan 20 Yanvar şəhid ailələri və əlillərin qatıldığı tədbirdə 1990-cı ilin yanvarında sovet imperiyasının qoşun birləşmələrinin Azərbaycanda müstəqillik və azadlıq uğrunda mübarizəyə qalxmış dinc əhaliyə, soydaşlarımıza qarşı törətdiyi cinayətlərdən danışılmış, 20 Yanvar faciəsinin xalqımızın milli azadlıq ruhuna qarşı təcavüz, eyni zamanda xalqımızın yaddaşına silinməz faciə kimi yazılmış bu qanlı hadisənin tariximizin qəhrəmanlıq səhifəsi olduğu qeyd edilmişdir.
Xalqımızın heç zaman bu hərbi cinayəti unutmayacağına, onu törədənləri bağışlamayacağına və Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olmuş qəhrəman övladlarımızın əziz xatirəsini daim qəlblərində uca tutacaqlarına əminlik ifadə edilmişdir.
Tədbir zamanı məktəblilərin hazırladığı kompozisiya nümayiş etdirilmişdir.
    20 Yanvar günü Nərimanov rayon ictimaiyyətinin nümayəndələrinin Şəhidlər xiyabanına ziyarəti təşkil olunmuşdur.
     20 yanvar 2020-ci il tarixində 20 Yanvar faciəsinin otuzuncu ildonümü ilə əlaqədar rayon ərazisində matəm əlaməti olaraq və faciə qurbanlarının əziz xatirəsini yad etmək məqsədilə Azərbaycan Respublikasının dövlət bayraqları endirilmişdir.

Keçidlər