Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi şəhidi Quliyev Əkbər anım günündə yad edilmişdir

16 fevral 2022 | 16:00

  Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə Şanlı Ordumuzun qələbə qazandığı Vətən Müharibəsində qəhrəmancasına şəhid olan igid oğullarımızdan biri, Quliyev Əkbərin xatirəsi Nərimanov rayon ictimaiyyəti tərəfindən yad edilmişdir. Neftçala rayonunda anadan olmuş və böyüyüb boya başa çatmış Quliyev Əkbər Güləhməd oğlu Vətən Müharibəsi zamanı göstərdiyi şücaətə görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilmişdir. İlk öncə şəhidin məzarı Milli Məclisin sədr müavini Adil Əliyev, Nərimanov rayon İcra Hakimiyyəti başçısının birinci müavini Yusif Sadıqov, Şəhər Bələdiyyələrinin Milli Assosasiyasının sədri Təmraz Tağıyev, Nərimanov Rayon Ağsaqqallar Şurasının sədri Arif Hümbətov, RİH-nin kollektivi, rayonun fəal gəncləri şəhid ailələrinin üzvləri ilə birgə ziyarət edilmiş, şəhid Əkbərin və bütün şəhidlərin unudulmaz xatirəsi böyük ehtiramla anılmışdır. Ziyarət zamanı Müzəffər Ali Baş Komandanın qətiyyətli siyasəti, mövqeyi və diplomatiyası sayəsində qazanılan zəfərdən, şəhidlərimizin bu zəfərdə olan misilsiz rolundan, şəhid Quliyev Əkbərin şərəflə keçdiyi həyat yolundan və onun göstərdiyi şücaətdən danışılmışdır. Şəhidlərimizin heç zaman unudulmadığını, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın, dövlətimizin və xalqımızın ilk günlərdən onların yanında olduğu, qayğılarına xüsusi həssaslıqla yanaşıldığı qeyd edilmişdir. Bundan əlavə II Fəxri Xiyabanda digər şəhidlərimiz də ziyarət edilərək məzarlarına güllər düzülmüşdür. Daha sonra şəhidin adına ehsan verilmiş, ruhuna dualar oxunmuşdur.
      Şəhidin atası Güləhməd Quliyev çıxış edərək övladı ilə qürur duyduğunu bildirmiş, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə etmişdir.

Keçidlər