Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət başçısının tapşırığı ilə keçirilən tibbi müayinə aksiyasının xəstəliklərin erkən aşkarlanması baxımından böyük əhəmiyyəti vardır.

12 mart 2014 | 16:00

Prezident İlham Əliyevin tapşırığına əsasən ölkəmizdə əhalinin icbari tibbi müayinədən keçirilməsi aksiyası Nərimanov rayonunda da uğurla davam etdirilir.
  Rayon icra hakimiyyəti başçısının sərəncamı ilə yaradılmış komissiya əhali arasında təbliğat-təşviqat və məlumatlandırma işlərini mütəmadi davam etdirir. Komissiyanın gördüyü tədbirlər rayon sakinlərinin tibbi müayinə aksiyasında mütəşəkkilliyini təmin etmişdir. Fevralın 17-dən indiyədək 18 min 449 nəfər rayon sakini hərtərəfli müayinə olunmuşdur. Onlardan 747 nəfərinə ambulator, 20 nəfərinə isə stasionar müalicə kursu təyin edilmişdir.
  Başqa günlərdə olduğu kimi, martın 11-də də 18 nömrəli şəhər poliklinikasında rayon sakinlərinin qrafik əsasında tibbi müayinəsi yüksək səviyyədə aparılmışdır. Burada sakinlərin rahat şəkildə tibbi müayinələrdən keçmələri üçün bütün lazımi şərait yaradılmışdır.
Poliklinikanın baş həkimi Şəhla Məmmədova demişdir ki, dövlət başçısının tapşırığı ilə keçirilən bu aksiyanın xəstəliklərin erkən aşkarlanması və əhalinin sağlamlığının qorunması baxımından böyük əhəmiyyəti vardır. Təcrübəli həkimlərdən ibarət səyyar briqadalar müayinəyə gələ bilməyən insanlara evlərində xidmət göstərirlər. Poliklinika 26 min 174 sakinə xidmət edir. Artıq onlardan 4 mini dispanser müayinədən keçmişdir. Müayinə olunanlardan 26 nəfər satasionar müalicəyə cəlb edilmiş, 16 nəfər isə elmi-tədqiqat institutlarına və diaqnostika mərkəzlərinə göndərilmişdir.
  Baş həkim bildirmişdir ki, müayinədən keçən insanlarda ən çox şəkərli diabet, onkoloji, ürək-damar və göz xəstəlikləri müşahidə olunur.
  Rayon sakini Zirəddin Bayramlı isə demişdir:” Bütün müayinələrdən keçdim. Burada yaradılan şərait, həkimlərin vətəndaşları həssaslıqla dinləmələri məni razı saldı. Gördüyünüz kimi, poliklinika ən müasir tibbi cihazlarla təchiz edilmişdir. Bu da onu göstərir ki, Azərbaycan Prezidentinin səhiyyə sahəsində müəyyən etdiyi proqramlar tibb müəssisələrinin təmir və bərpasına, vətəndaşların pulsuz dərman vasitələri və preparatlarla təminatınına və müalicəsinə xidmət edir. Bu aksiya isə dövlət başçısının vətəndaşlara diqqət və qayğısının daha bir nümunəsidir.”

Keçidlər