Şriftin ölçüsü :

Saytın rəngi :

“XƏMSƏ” Milli İntellektual Oyunu üzrə gənclər arasında VIII Azərbaycan Çempionatının Nərimanov rayon mərhələsi keçirilib.

09 mart 2016 | 16:00

9 mart 2016-cı il tarixdə Nərimanov Rayon İcra Hakimiyyətinin iclas zalında Rayon Gənclər və İdman İdarəsi tərəfindən “XƏMSƏ” Milli İntellektual Oyunu üzrə gənclər arasında VIII Azərbaycan Çempionatının Nərimanov rayon mərhələsi keçirilmişdir. 
  Oyunun keçirilməsində məqsəd gənclərin intellektual səviyyəsini, dünyagörüşünü genişləndirmək, zehni inkişafını stimullaşdırılmaq, onlar arasında biliklərin və elmin nüfuzunu artırmaq, eləcə də asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etməkdən ibarətdir.
  Keçirilən oyunda rayon ərazisində yerləşən ali təhsil müəssisələrinin tələbələrindən ibarət 9 komanda iştirak etmişdir. Onlardan I yeri Azərbaycan Turizm və Menecment Universitetinin “Turistlər” komandası, II yerə Azərbaycan Turizm və Menecment Universitetinin “Ravenklou” komandası, III yerə isə “Bakı Avrasiya” Universitetinin “Region Avropa” komandası tutmuşdur. Qalib gələn komandalar İdarə tərəfindən diplomlar ilə təltif olunmuşlar.

Keçidlər