Şriftin ölçüsü :

Saytın rəngi :

Nərimanov rayonunda “Şən startlar” əyləncəli bədii-idman tədbiri keçirilib

25 oktyabr 2017 | 16:00

Nərimanov rayonunda “Şən startlar” əyləncəli bədii-idman tədbiri keçirilib.

25 oktyabr 2017-ci il tarixdə Məktəb-Lisey Kompleksin idman meydançasında “18 oktyabr – Müstəqillik günü” münasibəti ilə "Şən startlar" əyləncəli bədii-idman tədbiri keçirilib.

Tədbirdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Vüsal Ömərov, Məktəb-Lisey Kompleksin müəllim heyəti və şagirdləri iştirak etmişlər.

İdman bayramında çıxış edən Nərimanov Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Vüsal Ömərov bildirmişdir ki, Azərbaycanda ölkə rəhbərliyi tərəfindən gənc nəslə, onun sağlam böyüməsinə qayğı günü-gündən artmaqdadır. Ulu öndər Heydər Əliyev gənclərin idmanla məşğul olmalarını hər zaman dəstəkləmiş, idmançıların beynəlxalq yarışlarda uğur qazanmaları üçün çox işlər görmüşdür. Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət Azərbaycanı dünyanın lider dövlətlərindən birinə çevirib. Qısa müddət ərzində 30-dan çox müasir Olimpiya İdman Kompleksi inşa edilərək idmançılarımızın ixtiyarına verilib. Bu diqqətin nəticəsidir ki, idmançılarımız hər il müxtəlif beynəlxalq yarışlarda müvəffəqiyyətlə iştirak edərək Vətənə medallarla qayıdırlar. Şagirdlər qonaqlar qarşısında müxtəlif idman nömrələri ilə çıxış etmiş, idman komandalarının iştirakı ilə estafet yarışları keçirilmişdir. Uşaqların ifa etdikləri mahnılar bayramı maraqlı və rəngarəng etmişdir.

Sonda Məktəb-Lisey Kompleksin müəllimi Hafizə Mədətova İdarə tərəfindən idmanın inkişafında nailiyyətlərinə, məktəblilərin bədən tərbiyəsində, onların idmana cəlb olunmasında və gənc nəslin fiziki-sağlam böyüməsində göstərdiyi xidmətlərə görə fəxri fərmanla təltif edilmişdir.

Keçidlər