Şriftin ölçüsü :

Saytın rəngi :

Nərimanov rayonunda “Azərbaycan dövlətçilik tarixində Xalq Cümhuriyyətinin rolu” adlı tədbir keçirilib.

24 may 2018 | 16:00

Nərimanov rayonunda  “Azərbaycan dövlətçilik tarixində Xalq Cümhuriyyətinin rolu” adlı tədbir keçirilib.

24 may 2018-ci il tarixdə Nərimanov Rayon İcra Hakimiyyətinin iclas zalında Nərimanov Rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov Rayon İdarəsinin və Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubileyi münasibəti ilə “Azərbaycan dövlətçilik tarixində Xalq Cümhuriyyətinin rolu” mövzusunda orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında inşa yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılma  mərasimi keçirilib.
Tədbirdə Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İlqar Mirzəyev, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov Rayon İdarəsinin rəsi müavini polkovnik-leytenant Vüqar Seyidov, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, şəhid Mahir Mirzəyevin atası Sabir Mirzəyev, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov Rayon İdarəsinin məsul əməkdaşı Ceyhun Əsədov və orta ümumtəhsil müəssisələrinin müəllim heyəti və şagirdləri iştirak etmişlər.
Tədbirdə ilk olaraq şagirdlərin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndi.
Tədbiri giriş sözü ilə açan Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov qonaqları və şagirdləri salamladı, qalib gəlmiş məktəbliləri təbrik etdi və qeyd etdi ki, may ayının 28-də müsəlman Şərqində ilk demokratik və parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü tamam olur. Azərbaycan Respublikasının Prezidenti Cənab  İlham Əliyevin hələ ötən il may ayının 16-da imzaladığı “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” sərəncama əsasən cümhuriyyətin yaradılmasının 100 illik yubileyi respublikada dövlət səviyyəsində geniş qeyd edilir.
Sonra çıxış edən Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İlqar Mirzəyev, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov Rayon İdarəsinin rəsi müavini polkovnik-leytenant Vüqar Seyidov, şəhid Mahir Mirzəyevin atası Sabir Mirzəyev, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov Rayon İdarəsinin məsul əməkdaşı Ceyhun Əsədov və digər natiqlər qeyd etdilər ki, Nazirlər Kabinetinin yanvarın 10-da keçirilən iclasında Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan etdi. Daha sonra dövlət başçısı bununla bağlı müvafiq sərəncam imzaladı. Böyükdən-kiçiyə hər kəs bu sərəncamı ölkə başçısının milli dövlətçilik tariximizə olan xüsusi diqqəti və ehtiramı kimi dəyərləndirir və təşəkkürünü ifadə edir. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin ötən 14 illik fəaliyyətində diqqəti çəkən məqamlardan biri də dövlətçilik tariximizin öyrənilməsi, araşdırılması və gələcək nəsillərə çatdırılmasıdır.
Sonda Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubileyi münasibəti ilə “Azərbaycan dövlətçilik tarixində Xalq Cümhuriyyətinin rolu” mövzusunda orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında inşa yazı müsabiqəsinin qalibləri: III yerin sahibləri 73 saylı məktəbin şagirdi – Vəliyeva Şükranə və “Ankara məktəbi” məktəb-liseyin şagirdi – Kərimli Aytac, II yerin sahibləri 178 saylı məktəbin şagirdi – Musayeva Rəqsanə və 57 saylı məktəbin şagirdi – İsmayılova Aysel, I yerin sahibləri S.C.Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasının şagirdi – Əliyeva Lamiyə və 202 saylı məktəbin şagirdi  – Əzizova Aytac təşkilatçılar tərəfindən müvafiq dərəcəli diplom və xatirə hədiyyələri ilə təltif olunmuşlar.

Keçidlər