Şriftin ölçüsü :

Saytın rəngi :

Nərimanov rayonunda Bilik günü münasibəti ilə tədbir keçirilmişdir.

14 sentyabr 2018 | 16:00

Nərimanov rayonunda Bilik günü münasibəti ilə tədbir keçirilmişdir.

14 sentyabr 2018-ci il tarixində Nərimanov Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Bilik günü münasibəti ilə ümumtəhsil məktəblərin nümayəndələrinin, valideyn və şagirdlərin, rayon ictimaiyyətinin iştirakı ilə tədbir keçirilmişdir.
Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova öz çıxışında tarix boyu elmə, biliyə yiyələnmək və onu tədris etmək şərəfli iş hesab olunduğunu vurğulamış, rayon məzunlarının nailiyyətləri barədə məlumat vermiş və yeni dərs ilində şagirdlərə təhsillərində müvəffəqiyyətlər arzulamışdır.
Sonda aztəminatlı ailələrdən olan 100-dən çox şagirdə çantalar və məktəb ləvazimatları hədiyyə edilmişdir.

Keçidlər