Şriftin ölçüsü :

Saytın rəngi :

Nərimanov rayonunda növbəti “Abad həyət” istifadəyə verildi

06 oktyabr 2018 | 16:00

Nərimanov rayonunda növbəti “Abad həyət” istifadəyə verildi
Paytaxtda həyata keçirilən “Abad həyət” layihəsinin məqsədi ekoloji cəhətdən təmiz və müasir həyətlərin yaradılması, yaşıllıqların bərpa edilməsi və yeni zolaqlarının salınması, sakinlər üçün sağlam həyat tərzi, təhlükəsiz və rahat şəraitin yaradılmasıdır.
Qeyd edək ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüs və dəstəyi ilə “Abad Həyət” layihəsi çərçivəsində Nərimanov rayonunda, Ə.Əbdürrəhimov küçəsi 120a, 124, 126 və Akademik H.Əliyev küçəsi 113, 115 ünvanlarında yerləşən məhəllələrdə işlər yekunlaşmışdır. Bu ərazilərdə yerləşən binaların dam örtükləri, zirzəmiləri, fasadları təmir edilmiş, binaların giriş qapıları, blokların pəncərələri yenilənmişdir. Həyətdə xeyli sayda ağac əkilərək geniş yaşıllaşdırma işləri aparılmışdır. Həmçinin sakinlər üçün oturacaqlar, öhbətgahlar, uşaq oyun meydançaları, əyləncə avadanlıqları quraşdırılmışdır.
Layihə çərçivəsində rayon ərazisindəki digər həyətlərdə də xeyli işlər görülmüş, yaşıllıqlar bərpa edilmiş, həyətlərdə abadlaşdırma işləri aparılıb.
IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən layihə çərçivəsində Heydər Əliyev prospekti 80/1 və 80/2 ünvanlarında Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən növbəti “Abad Həyət”də işlərin icrası sürətlə davam edir, yekunlaşmaq üzrədir və tezliklə sakinlərin istifadəsinə veriləcək.
Qeyd edək ki, ölkə Prezidenti cənab  İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf siyasəti Nərimanov rayonunda da uğurla davam etdirilir, rayonda aparılan genişmiqyaslı abadlıq-quruculuq və təmir-bərpa işləri sakinlərin rahatlığına xidmət edir və onlar tərəfindən sevinc və rəğbətlə qarşılanır.

Keçidlər