Şriftin ölçüsü :

Saytın rəngi :

Həştərxan vilayətinin nümayəndə heyəti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib.

19 dekabr 2018 | 16:00

Həştərxan vilayətinin nümayəndə heyəti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib.
19 dekabr 2018-ci il tarixdə Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru vəzifəsini icra edən Sergey Morozovun başçılıq etdiyi nümayəndə heyəti və Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini anıb, məzarı önünə gül dəstələri qoyublar.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb.
Daha sonra dünya şöhrətli müğənni, SSRİ Xalq artisti Müslüm Maqomayevin xatirəsi anılaraq, məzarı önünə gül dəstələri qoyulub.

Keçidlər