Şriftin ölçüsü :

Saytın rəngi :

Nərimanov rayon məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Naxçıvan Muxtar Respublikasına yola salınıblar

23 mart 2019 | 16:00

23 mart 2019-cu il tarixdə Nərimanov rayonunun orta ümumtəhsil məktəblərinin 9-11-ci siniflərində təhsil alan 30-a yaxın şagird “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində Naxçıvan Muxtar Respublikasına yola salınıblar.
Qeyd edək ki, 18 mart tarixində tur-aksiyada iştirak edəcək şagirdlərin Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevlə görüşü baş tutmuşdur.
  Yolasalma mərasimində çıxış edən Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İlqar Mirzəyev bu tur-aksiyanın məktəblilərin dünyagörüşünün zənginləşməsində önəmini vurğulayıb. Bildirib ki, “Ölkəmizi tanıyaq” tur-aksiyası bir neçə ildir uğurla həyata keçirilir. Bu, dövlətimizin məktəblilərə göstərdiyi diqqət və qayğının təzahürüdür. Səfər çərçivəsində məktəblilər Naxçıvanın tarixi, mədəniyyəti, təbiəti, adət-ənənələri, qədim abidələri ilə tanış olacaq, geniş məlumat əldə edəcəklər.
  Sonra məktəblilər Heydər Əliyev Beynəlxalq Hava Limanına yola düşüblər.

Keçidlər