Şriftin ölçüsü :

Saytın rəngi :

Nərimanov rayonunda “Məişət zorakılığının qarşısının alınması mexanizmləri” mövzusunda təlim keçirilmişdir.

04 aprel 2019 | 16:00

Nərimanov rayonunda “Məişət zorakılığının qarşısının alınması mexanizmləri” mövzusunda təlim keçirilmişdir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) təşkilatçılığı ilə Nərimanov Rayon İcra Hakimiyyətində “gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupu” üzvlərinin iştirakı ilə“ “Məişət zorakılığının qarşısının alınması mexanizmləri” mövzusunda təlim keçirilmişdir.
Təlimdə AQUPDK-in aparat rəhbəri Ceyran Rəhmətullayeva və Hüquqi Təminat şöbəsinin müdiri Taleyə İbrahimova iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini, Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun koordinatoru və sədri İradə Mahmudova son zamanlar məişət zorakılığı halları ilə bağlı zinayətlərin sayında sürətli artım müşahidə edildiyini, ailələrdə qadınlara qarşı zorakılıq səbəbindən ölüm hallarının sayının çoxalmasını, boşanmaların sayında da yüksək artım müşahidə olunduğunu bildirmiş və Nərimanov rayonunda məişət zorakılığının qarşısının alınması üçün aparılmış işlər barədə məlumat vermişdir.
Təlimdə iştirak edən hüquq-mühafizə orqanlarının, sosial-müdafiə fondunun, qeydiyyat şöbəsinin, ağsaqqallar şurasının, təhsil və səhiyyə müəssisələrinin nümayəndələri mövzu ətrafında müzakirələr aparmış, öz fikirləri ilə bölüşmüş və məişət zorakılığının qarşısının alınması üçün təkliflərini vermişdirlər.

Keçidlər