Şriftin ölçüsü :

Saytın rəngi :

Nərimanov rayonunda yerləşən yaşıllıq zolağında Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş ağacəkmə kampaniyası keçirilmişdir.

09 may 2019 | 16:00

Nərimanov rayonunda yerləşən yaşıllıq zolağında Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş ağacəkmə kampaniyası keçirilmişdir.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev ölkəmizə rəhbərliyinin bütün dövrlərində ətraf mühitin mühafizəsinə, ekoloji durumun yaxşılaşdırılmasına, xüsusilə yaşıllaşdırmaya mühüm önəm vermiş, bu məqsədlə geniş və çoxşaxəli proqramlar qəbul olunmuş, irimiqyaslı tədbirlər həyata keçirilmişdir. Dahi rəhbərin müəyyən etdiyi ekoloji siyasət bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilərək öz real bəhrəsini verir.
Ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatların əsas məqsədlərindən biri də ətraf mühitin mühafizəsini və insanların sağlam təbii şəraitdə yaşamasını ən yüksək səviyyədə təmin etməkdir.
9 may 2019-cu il tarixdə Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibəti ilə həyata keçirilən silsilə tədbirlər çərçivəsində rayonun ərazisində yerləşən 15 hektar sahəni əhatə edən yaşıllıq zolağında ağacəkmə kampaniyası keçirilib. Məqsəd yaşıllıq zolağını daha da genişləndirmək, şəhərin ekoloji tarazlığını bərpa etmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə qayğı hissini təbliğ etmək və ümumilikdə,dövlətimizin başçısının rəhbərliyi ilə aparılan ardıcıl islahatlar nəticəsində günü gündən gözəlləşən paytaxtımızın istər Avropa, istərsə də dünyanın ekoloji cəhətdən sağlam və təmiz olan ən gözəl şəhərləri sırasında qərarlaşması istiqamətində görülən işlərə dəstək verməkdir.
Milli Məclisin deputatlarının, rayon rəhbərlinin, idarə, müəssisə və təşkilatların nümayəndələrinin, rayon ictimaiyyətinin, könüllü sakinlərin, həmçinin gənclərin yüksək fəallıqla qoşulduğu genişmiqyaslı iməcilikdə ətraf ərazi tullantılardan təmizlənərək burada mövcud olan yaşıllığa aqrotexniki qulluq edilib və ərazidə Leylanda və müxtəlif növ digər ağac və kollar əkilib.
Qeyd edək ki, sözügedən ərazidə mütəmadi olaraq abadlıq işləri aparılır, ekoloji qaydalara uyğun olaraq ağaclara qulluq edilir, eyni zamanda dekorativ ağac və kollar əkilərək qeyd olunan yaşıllıq zolağının paytaxtın dilbər guşəsinə çevrilməsi istiqamətində ardıcıl işlər görülür.

Keçidlər