Şriftin ölçüsü :

Saytın rəngi :

Nərimanov rayonunda Milli Qəhrəman Albert Aqarunovun adına olan küçədə onun şərəfinə ucaldılan heykəlin açılış mərasimi olub.

15 noyabr 2019 | 16:00

Nərimanov rayonunda Milli Qəhrəman Albert Aqarunovun adına olan küçədə onun şərəfinə ucaldılan heykəlin açılış mərasimi olub.

Bu gün Nərimanov rayonunda Milli Qəhrəman Albert Aqarunovun adına olan küçədə onun şərəfinə ucaldılan heykəlin açılış mərasimi olub.
Tədbirdə Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Milli Məclisin bir sıra deputatları, Müdafiə nazirinin müavini Kərim Vəliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, səfirlik nümayəndələri, Xalq rəssamı Ömər Eldarov və bir sıra fəxri qonaqlar iştirak edib.
Tədbiri giriş sözü ilə açan Etibar Nəcəfov bildirib ki, Albert Aqarunovun həyat yolu hər bir gənc üçün örnəkdir və onun xatirəsi həmişə Azərbaycanı sevən insanların qəlbində yaşayacaq. Müdafiə nazirinin müavini Kərim Vəliyev bildirib ki, Albert Aqarunov qısa, lakin dəyərli ömür yaşayıb: "Albert hər gün ölümün üzünə dik baxıb. Bunun özü bir şücaətdir. Albertin harada doğulması, hansı milliyyətdən olması önəmli deyil.
Açılış mərasimində iştirak etmək üçün İsraildən Bakıya gəlmiş Milli Qəhrəman Albert Aqrunovun qardaşı Rantik Aqarunov qardaşını unutmadıqlarına görə Azərbaycan hökumətinə və xalqına minnətdarlığını bildirib.
Qeyd edək ki, Albert Aqarunov 25 aprel 1969-cu il Bakının Əmircan qəsəbəsində anadan olub. O, 8 may 1992-cu ildə Şuşa uğrunda gedən döyüşlərdə snayper gülləsinə tuş gəlib və döyüş meydanında həlak olub.

Keçidlər