Fərzəliyev Abdin Ələsqər oğlu
Nərimanov Rayonu İcra Hakimiyyətinin Başçısı
Fərzəliyev Abdin Ələsqər oğlu 1967-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olmuşdur. 1974-84-cü illərdə orta Ümumtəhsil məktəbində
təhsil almışdır.
Əmək fəaliyyətinə 1984-85-ci illərdə H.Z.Tağıyev adına Bakı Tikiş Toxuculuq Kombinatında fəhlə kimi başlamışdır.
1985-ci ildə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin "Kimya-bioloqiya" fakultəsinə daxil olmuş, 1985-87-ci illərdə Moskva vilayətində keçmiş Sovet Ordusunda hərbi xidmət keçmiş, 1992-ci ildə isə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetini fərqlənmə diplomu ilə bitirmişdir. Həmin ilin oktyabr ayından 1993-cü ilin fevral ayına qədər "Naxçıvan" qəzetinin müxbiri vəzifəsində çalışmışdır.
1993-cü ilin fevral ayından noyabr ayına qədər "Əlincə" Xeyriyyə Cəmiyyətinin təşkilat şöbəsinin müdiri vəzifəsində, 1993-cü ilin noyabr ayından 1994-cü ilin avqust ayına qədər isə Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında məsul işçi, təşkilat şöbəsinin baş təlimatçısı vəzifəsində işləmişdir.
1994-cü ilin sentyabr ayından 1998-ci ilin fevral ayına qədər Azərbaycan Respublikası Gənclər və idman Nazirliyinin Ərazi İdarəetmə orqanları ilə iş və Kadr hazırlığı İdarəsinin rəis müavini, rəisi vəzifələrində işləmişdir.
1998-ci ilin fevral ayından 2003-cü ilin aprel ayına qədər Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Gənclər, İdman və Turizm Baş İdarəsinin rəisi vəzifəsində işləmişdir. 2003-cü ilin aprel ayında Azərbaycan Respublikası Prezidentinin Sərancami ilə Bakı şəhəri Nizami Rayonu İcra Hakimiyyətinin Başçısı vəzifəsinə təyin edilmişdir. 2005-ci ilin dekabr ayından isə Azərbaycan Respublikası Prezidentinin Sərancamı ilə Bakı şəhəri Nərimanov Rayonu İcra Hakimiyyətinin Başçısı vəzifəsində çalışır.
1993-cu ildən Yeni Azərbaycan Partiyasının üzvü və YAP Siyasi Şurasının üzvüdür. Həmçinin 2001-2004-cü illərdə Milli Olimpiya Komitəsinin İcraiyya Komitəsinin üzvü olmuş, hal-hazırda da üzv kimi fəaliyyət göstərir. 2001-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Dövlət və Bələdiyyə İdarəetməsi" fakültəsini bitirmişdir.
Evlidir. 2 qızı var.
|