Şriftin ölçüsü :

Saytın rəngi :

21.04.2017

Azərbaycan Respublikası

Bakı şəhər Nərimanov Rayon İcra Hakimiyyəti başçısının

S Ə R Ə N C A M I

164                                                                                    21 aprel 2017-ci il

Nərimanov Rayon İcra Hakimiyyəti adından inzibati xətalar

haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli

şəxslərin siyahısınin təsdiq edilməsi haqqinda

“İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə  Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2017-ci il tarixli 1256 nömrəli Fərmanının 5-ci bəndinin icrasının təmin edilməsi, inzibati xətalar haqqında işlərə operativ və vaxtında baxılması məqsədi ilə və “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 6.8-ci bəndinə uyğun olaraq qərara alıram:

1. Nərimanov Rayon İcra Hakimiyyəti (RİH) adından inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı aşağıdakı kimi təsdiq edilsin:

- Nərimanov RİH başçısının birinci müavini İbadov Şahmar Bəybaba oğlu;

- Nərimanov RİH başçısı Aparatının Hüquq şöbəsinin  müdiri Calalov Firdovsi Savalan oğlu.

2.Nərimanov RİH başçısı Aparatının İnformasiya təminatı və təhlili sektorunun müdiri Vəfadar Zeynalova tapşırılsın ki, bu sərəncamın surətinin Nərimanov RİH-in rəsmi internet səhifəsində (www.narimanov-ih.gov.az) yerləşdirilməsini təmin etsin

Abdin Fərzəliyev

 

 

Keçidlər