Şriftin ölçüsü :

Saytın rəngi :

Mənim küçəm

Mənim küçəm
Küçənin adı Küçə haqqında məlumat
Heydər Əliyev prospekti Prospekt, müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu və xilaskarı, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adını daşıyır. Bakı şəhərində ən uzun və geniş prospekt olaraq paytaxtımızın giriş qapısı sayılır. Bir sıra dövlət qurumlarının, böyük şirkətlərin inzibati binaları, həmçinin paytaxtımızın və memarlığın nadir incilərindən sayılan möhtəşəm Heydər Əliyev Mərkəzi bu prospektdə yerəşir. Prospektə Ulu Öndərin adı 14.04.2004-cü il tarixli, 124 nömrəli sərəncama əsasən verilmişdir. Prospektin keçmiş adı Moskva olmuşdur.
Mustafa Kamal Atatürk prospekti Prospekt, Türkiyə Qurtuluş Savaşının hərbi və siyasi lideri, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün adını daşıyır. Prospektə siyasi liderin adı 18.09.1992-ci il tarixli,  11/50 nömrəli sərəncama əsasən verilmişdir. Prospektin keçmiş adı Gənclər Dostluğu olmuşdur.
Akademik Həsən Əliyev küçəsi Küçə, görkəmli torpaqşünas alim, ictimai-siyasi xadim, kənd təsərrüfatı elmləri doktoru, professor, Azərbaycan SSR Elmlər Akademiyasının akademiki, Azərbaycan Respublikası əməkdar elm xadimi, Azərbaycan Dövlət mükafatı laureatı akademik Həsən Əliyevin adını daşıyır. Küçəyə akademikin adı 24.01.2002-ci il tarixli, 54 nömrəli sərəncama əsasən verilmişdir. Küçənin keçmiş adı İnqilab, ondan öncəki adı 9-cu Dağlıq olmuşdur.
Xaliq Abbasov küçəsi Küçə, torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Xaliq Abbasovun adını daşıyır. Küçəyə şəhidin adı 23.09.1994-cü il tarixli, 10/106 nömrəli sərəncama əsasən verilmişdir.
İslam Abışov küçəsi Küçə, torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş İslam Abışovun adını daşıyır. Küçəyə şəhidin adı 06.04.1998-ci il tarixli, 230 nömrəli sərəncama əsasən verilmişdir.
Əhmədbəy Ağaoğlu küçəsi

Küçə, ictimai xadim, jurnalist, pedaqoq və yazıçı Əhmədbəy Ağaoğlunun adını daşıyır. Küçəyə ictimai xadimin adı 04.02.1991-ci il tarixli, 1/20 nömrəli sərəncama əsasən verilmişdir. Küçənin keçmiş adı Dzerjinski, ondan öncəki adı 8-ci Zavağzal olmuşdur.

Ruhulla Axundov küçəsi Küçə, Azərbaycan sovet dövlət və partiya xadimi, publisist, alim Ruhulla Axundovun adını daşıyır. Küçəyə alimin adı 22.08.1958-ci il tarixli, 47/1012 nömrəli sərəncama əsasən verilmişdir. Küçənin keçmiş adı 4-cü Sverdlov, ondan öncəki adı 4-cü Qanlıtəpə olmuşdur.
Aşıq Alı küçəsi Küçə, XIX əsr Azərbaycan aşıq şeirinin görkəmli nümayəndələrindən biri olan Aşıq Alının adını daşıyır. Küçəyə aşığın adı 01.09.1984-cü il tarixli, 64/1616 nömrəli sərəncama əsasən verilmişdir. Küçənin keçmiş adı 5-ci Sloboda olmuşdur.
Hüseyn Arif küçəsi Küçə, Azərbaycanın görkəmli xalq şairi Hüseyn Arifin  adını daşıyır. Küçəyə şairin adı 15.04.1994-cü il tarixli, 4/32 nömrəli sərəncama əsasən verilmişdir.
Məmməd Arif küçəsi Küçə, azərbaycanlı tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, pedaqoq, nasir, alim akademik Məmməd Arifin adını daşıyır. Küçəyə akademikin adı 11.05.1990-cı il tarixli, 3/120 nömrəli sərəncama əsasən verilmişdir.
Azadlıq prospekti Prospekt 1991-ci ildə Azərbaycan müstəqillik qazandıqdan sonra bu adı daşıyır.
Prospektə bu ad 27.12.1991-ci il tarixli sərəncama əsasən verilmişdir. Prospektin keçmiş adı Lenin, ondan öncəki adı Şərq Xalqları, daha öncəki adı isə Stanislavski olmuşdur.
Seyid Yəhya Bakuvi küçəsi Küçə, XV əsr Azərbaycanın tanınmış filosof alim və şairlərindən biri olan Seyid Yəhya Bakuvinin adını daşıyır. Küçəyə şairin adı 24.11.1989-cu il tarixli, 12/462 nömrəli sərəncama əsasən verilmişdir. Küçənin keçmiş adı 4-cü Sloboda olmuşdur.
Ziya Bünyadov prospekti Prospekt, şərqşünas, tarixçi, Sovet İttifaqı Qəhrəmanı, Dövlət Mükafatı Laureatı, əməkdar elm xadimi Ziya Bünyadovun adını daşıyır. Prospektə alimin adı 24.09.1998-ci il tarixli,  945 nömrəli sərəncama əsasən verilmişdir. Prospektin keçmiş adı K.Marks, ondan öncəki adı 17-ci Dağlıq olmuşdur.
Ülvi Bünyadzadə küçəsi Küçə, şair, publisist, torpaqlarımızın azadlığı uğrunda həlak olmuş olmuş 20 Yanvar şəhidi Ülvi Bünyadzadənin adını daşıyır. Küçəyə şəhidin adı 26.05.1993-cü il tarixli, 11/104 nömrəli sərəncama əsasən verilmişdir. Küçənin keçmiş adı Anaşkin, ondan öncəki adı 2-ci Zavavağzal olmuşdur.
Aşıq Molla Cümə küçəsi Küçə, XIX əsr Azərbaycan aşıq şeirinin görkəmli nümayəndələrindən biri olan Aşıq Molla Cümənin adını daşıyır. Küçəyə aşığın adı 17.04.1992-ci il tarixli, 5/19 nömrəli sərəncama əsasən verilmişdir. Küçənin keçmiş adı Levandovski, ondan öncəki adı 14-cü Zavağzal olmuşdur.
Pyotr Çaykovski küçəsi Küçə, XIX əsr romantik dövr rus bəstəkarı Pyotr İliç Çaykovskinin adını daşıyır.
Aleksey Çernyaevski küçəsi Küçə, XIX əsrin görkəmli rus maarifçisi və metodisti Aleksey Çernyaevskinin adını daşıyır. Küçəyə maarifçinin adı 23.05.1988-ci il tarixli, 5/273 nömrəli sərəncama əsasən verilmişdir. Küçənin keçmiş adı 2-ci Cənub olmuşdur.
Yusif Vəzir Çəmənzəminli küçəsi Küçə, Azərbaycanın dövlət xadimi və yazıçısı, Azərbaycan Xalq Cümhuriyyətinin Osmanlı Türkiyəsində ilk səfiri Yusif Vəzir Çəmənzəminliinin adını daşıyır. Küçəyə yazıçının adı 01.12.1967-ci il tarixli, 18/442 nömrəli sərəncama əsasən verilmişdir. Küçənin keçmiş adı 12-ci Dağlıq olmuşdur.
İbrahimpaşa Dadaşov küçəsi Küçə, Azərbaycan sərbəst güləş ustası, dəfələrlə SSRİ çempionu olmuş İbrahimpaşa Dadaşovun adını daşıyır. Küçəyə idmançının adı 17.04.1992-ci il tarixli, 5/19 nömrəli sərəncama əsasən verilmişdir.
Əbdüləzəl Dəmirçizadə küçəsi Küçə, Azərbaycan EA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor, Azərbaycan SSR Əməkdar elm xadimi, Azərbaycan SSR Dövlət mükafatı laureatı Əbdüləzəl Dəmirçizadənin adını daşıyır. Küçəyə akademikin adı 17.04.1992-ci il tarixli, 5/19 nömrəli sərəncama əsasən verilmişdir. Küçənin keçmiş adı Uritski, ondan öncəki adı 9-cu Zavağzal olmuşdur.
2-ci Dəmiryolu küçəsi Küçənin keçmiş adı Ənzəli olmuşdur. Küçəyə ad 10.03.1939-cu il tarixli, 135 nömrəli sərəncama əsasən verilmişdir.
Əlövsət Əbdülrəhimov küçəsi Küçə, ictimai-siyasi xadim Əlövsət Əbdülrəhimovun adını daşıyır. Küçəyə ictimai xadimin adı 29.07.1996-ci il tarixli, 1016 nömrəli sərəncama əsasən verilmişdir.
Mirzəbala Məmmədzadə küçəsi Küçə,publisist, tərcüməçi, dramaturq, ictimai xadim Mirzəbala Məmmədzadənin adını daşıyır. Küçəyə ictimai xadimin adı 04.12.1992-ci il tarixli, 15/69 nömrəli sərəncama əsasən verilmişdir. Küçənin keçmiş adı Nametkin, ondan öncəki adı 15-ci Zavağzal olmuşdur.
Sübhan Ələsgərov küçəsi Küçə, torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Sübhan Ələsgərovun adını daşıyır. Küçəyə şəhidin adı 20.12.1994-cü il tarixli, 151 nömrəli sərəncama əsasən verilmişdir.
Əliyar Əliyev küçəsi Küçə, torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş, Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin adını daşıyır. Küçəyə Milli Qəhrəmanın adı 04.12.1992-ci il tarixli, 15/72 nömrəli sərəncama əsasən verilmişdir. Küçənin keçmiş adı 17-ci Zavağzal olmuşdur.
Əşrəf Əliyev küçəsi Küçə, torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Əşrəf Əliyevin adını daşıyır. Küçəyə şəhidin adı 07.02.1997-ci il tarixli, 115 nömrəli sərəncama əsasən verilmişdir.
Məmməd Araz küçəsi Küçə, şair, tərcüməçi, publisist, Azərbaycan SSR Əməkdar mədəniyyət işçisi, Azərbaycan Əməkdar incəsənət xadimi, Azərbaycan SSR dövlət mükafatı laureatı, Azərbaycanın xalq şairi Məmməd Arazın adını daşıyır. Küçəyə şairin adı 2012-ci ilin avqust ayında verilmişdir. Küçənin keçmiş adı Teymur Əliyev, ondan öncəki adı 14-cü Dağlıq olmuşdur.
Əliəşrəf Əlizadə küçəsi Küçə, Azərbaycan-sovet geoloqu, geoloq-alim, geologiya-mineralogiya elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, SSRİ Dövlət mükafatı laureatı, SSRİ-nin fəxri neftçisi Əliəşrəf Əlizadənin adını daşıyır. Küçəyə akademikin adı 04.02.1991-ci il tarixli, 1/20 nömrəli sərəncama əsasən verilmişdir. Küçənin keçmiş adı Rıleyev, ondan öncəki adı 1-ci Sloboda olmuşdur.
Məsud Əlizadə küçəsi Küçə, sovet dövründə gənclərin təşkilatlanması və respublikanın ictimai-siyasi həyatında fəal iştirak etməsində müstəsna xidmətləri olan Məsud Əlizadənin adını daşıyır. Küçəyə ictimai-siyasi xadimin adı 27.09.1968-ci il tarixli, 42/9911 nömrəli sərəncama əsasən verilmişdir. Küçənin keçmiş adı 11-ci Dağlıq olmuşdur.
Valeh Əmirsayadov küçəsi Küçə, torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Valeh Əmirsayadovun  adını daşıyır. Küçəyə şəhidin adı 29.07.1996-cı il tarixli, 1013 nömrəli sərəncama əsasən verilmişdir.
Fəxrəddin Əsədov küçəsi Küçə, torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Fəxrəddin Əsədovun adını daşıyır. Küçəyə şəhidin adı 03.11.1995-ci il tarixli, 11/10 nömrəli sərəncama əsasən verilmişdir. Küçənin keçmiş adı 3-cü Çapayev döngəsi, ondan öncəki adı 3-cü faytonçu olmuşdur.
Ağasadıq Gəraybəyli küçəsi Küçə, görkəmli Azərbaycan aktyoru, Azərbaycan SSR Xalq Artisti Ağasadıq Gəraybəylinin adını daşıyır. Küçəyə xalq artistinin adı 17.04.1992-ci il tarixli, 5/19 nömrəli sərəncama əsasən verilmişdir.
Ceyhun Hacıbəyli  küçəsi Küçə, yazıçı, salnaməçi, jurnalist, tərcüməçi, redaktor Ceyhun Hacıbəylinin adını daşıyır. Küçəyə xalq artistinin adı 17.04.1992-ci il tarixli, 5/19 nömrəli sərəncama əsasən verilmişdir. Küçənin keçmiş adı Fabritsius, ondan öncəki adı Tatyaninskaya, daha öncəki adı isə 10-cu Aşırım olmuşdur.
Arif  Hacıyev küçəsi Küçə, torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Arif Hacıyevin adını daşıyır. Küçəyə şəhidin adı 23.09.1994-cü il tarixli, 10/106 nömrəli sərəncama əsasən verilmişdir.
Nazim Hacıyev küçəsi Küçə, torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Nazim Hacıyevin adını daşıyır. Küçəyə şəhidin adı 05.09.1995-ci il tarixli, 9/2 nömrəli sərəncama əsasən verilmişdir.
Rafiq Hacıyev küçəsi Küçə, torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Nazim Hacıyevin adını daşıyır. Küçəyə şəhidin adı 12.02.1996-cı il tarixli, 204 nömrəli sərəncama əsasən verilmişdir.
Arif Heydərov küçəsi Küçə, Azərbaycan SSR-nin daxili işlər naziri (1970-1978-ci illər), general-leytenant Arif Heydərovun adını daşıyır. Küçəyə generalın adı 20.06.1980-ci il tarixli, 8/116 nömrəli sərəncama əsasən verilmişdir.
İzzət Həmidov küçəsi Küçə, torpaqlarımızın azadlığı uğrunda həlak olmuş 20 Yanvar şəhidi İzzət Həmidovun adını daşıyır. Küçəyə şəhidin adı 26.02.1993-cü il tarixli, 5/36 nömrəli sərəncama əsasən verilmişdir. Küçənin keçmiş adı Dobrolyubov, ondan öncəkinin adı 7-ci Sverdlov, daha öncəki isə 7-ci Qanlıtəpə olmuşdur.
İzzəddin Həsənoğlu küçəsi Küçə, XIII–XIV əsrlərdə yaşayıb yaratmış, azərbaycan və farsca şeirlər yazmış sufi şair İzzəddin Həsənoğlunun adını daşıyır. Küçəyə şairin adı 29.01.1970-ci il tarixli, 67/14 nömrəli sərəncama əsasən verilmişdir. Küçənin keçmiş adı 13-cü Zavağzal olmuşdur.
İsmayıl Hidayətzadə küçəsi Küçə, Azərbaycan aktyoru, Azərbaycan SSR Xalq artisti İsmayıl Hidayətzadənin adını daşıyır. Küçəyə xalq artistinin adı 04.02.1991-ci il tarixli, 1/20 nömrəli sərəncama əsasən verilmişdir.
Yaşar Hüseynov küçəsi Küçə, torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Yaşar Hüseynovun adını daşıyır. Küçəyə şəhidin adı 03.11.1995-ci il tarixli, 11/10 nömrəli sərəncama əsasən verilmişdir.
Zeynal Xəlil küçəsi Küçə, Azərbaycan şairi, dramaturq, Azərbaycan əməkdar incəsənət xadimi Zeynal Xəlilin adını daşıyır. Küçəyə şairin adı 15.04.1994-cü il tarixli, 4/32 nömrəli sərəncama əsasən verilmişdir.
Xətai prospekti Prospekt,  Səfəviyyə təriqətinin şeyxi (1494—1524); Səfəvilər dövlətinin banisi və ilk şahı, şair Şah İsmayıl Xətainin adını daşıyır.prospektə şairin adı 23.05.1988-ci il tarixli, 5/273 nömrəli sərəncama əsasən verilmişdir. Prospektin keçmiş adı Moskva olmuşdur.  Həmçinin, prospekt əvvəllər Heydər Əliyev prospektinin bir hissəsi olmuşdur.
Fətəlixan Xoyski prospekti Prospekt, siyasi xadim, Zaqafqaziya Demokratik Federativ Respublikasının ədliyyə naziri, Azərbaycan Xalq Cümhuriyyəti elan edildikdən sonra ilk baş naziri və daxili işlər naziri, bundan başqa AXC-nin hərbi naziri, ədliyyə naziri və xarici işlər naziri olmuş Fətəlixan Xoyskinin adını daşıyır. Prospektə siyasi xadimin adı 17.04.1992-ci il tarixli, 5/9 nömrəli sərəncama əsasən verilmişdir. Prospektin keçmiş adı Sankt-Peterburq, ondan öncəki adı Leninqrad, ondan öncəki adı isə 7-ci Dağlıq olmuşdur.
Elçin İsaqzadə adına yaşayış sahəsi Yaşayış sahəsi, torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Elçin İsaqzadənin adını daşıyır. Küçəyə şəhidin adı 23.09.1994-cü il tarixli, 10/106 nömrəli sərəncama əsasən verilmişdir.
Koveroçkin küçəsi Küçə, neftçi, Sosialist Әməyi Qəһrəmanı Mixail Koveroçkinin adını daşıyır. Küçəyə neftçinin adı 27.01.1958-ci il tarixli, 28/579 nömrəli sərəncama əsasən verilmişdir. Küçənin keçmiş adı 8-ci Sverdlov, ondan öncəkinin adı 8-ci Qanlıtəpə olmuşdur.
Kazım Kazımzadə küçəsi Küçə, Azərbaycan SSR-in xalq rəssamı və əməkdar incəsənət xadimi Kazım Kazımzadənin adını daşıyır. Küçəyə rəssamın adı 08.02.1986-cı il tarixli, 76/1876 nömrəli sərəncama əsasən verilmişdir.
Oqtay Kərimov küçəsi Küçə, torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Oqtay Kərimovun adını daşıyır. Küçəyə şəhidin adı 24.01.1995-ci il tarixli, 1/2 nömrəli sərəncama əsasən verilmişdir. Küçənin keçmiş adı 13-cü Dağlıq olmuşdur.
Qarabağ küçəsi Küçə, Azərbaycanın ən qədim, əzəli tarixi ayrılmaz hissəsi və dilbər guşələrindən biri olan, hazırda erməni qəsbkarlarının işğalı altında olan Dağlıq Qarabağın adını daşıyır. Küçəyə bu tarixi-coğrafi bölgənin adı 24.11.1989-cu il tarixli, 12/462 nömrəli sərəncama əsasən verilmişdir. Küçənin keçmiş adı Poroxovoy olmuşdur.
Sahib Zeynalov küçəsi Küçə, torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Sahib Zeynalovun adını daşıyır. Küçəyə şəhidin adı 01.06.1992-ci il tarixli, 7/23 nömrəli sərəncama əsasən verilmişdir. Küçənin keçmiş adı Mirbəşir Qasımov, ondan öncəki adı 3-cü Sverdlov, daha öncəki adı isə 3-cü Qanlıtəpə olmuşdur.
Mirəli Qaşqay küçəsi Küçə, Azərbaycan-sovet geoloqu, geologiya-mineralogiya elmləri doktoru, professor, Azərbaycan SSR EA-nın akademiki, Azərbaycan SSR əməkdar elm və texnika xadimi  Mirəli Qaşqaın adını daşıyır. Küçəyə akademikin adı 04.02.1991-ci il tarixli, 1/20 nömrəli sərəncama əsasən verilmişdir. Küçənin keçmiş adı Solntsev, ondan öncəki adı 8-ci Aşırım olmuşdur.
Ələsgər Qayıbov küçəsi Küçə, torpaqlarımızın azadlığı uğrunda həlak olmuş 20 Yanvar şəhidi Ələsgər Qayıbovun adını daşıyır. Küçəyə şəhidin adı 03.11.1995-ci il tarixli, 11/10 nömrəli sərəncama əsasən verilmişdir.
Gülarə Qədirbəyova küçəsi Küçə, fədakar jurnalist Gülarə Qədirbəyovanın adını daşıyır. Küçəyə jurnalistin adı 27.01.1958-ci il tarixli, 28/579 nömrəli sərəncama əsasən verilmişdir. Küçənin keçmiş adı 10-cu Zavağzal olmuşdur.
Aşıq Qərib küçəsi Küçə, XVI əsrin sonu, XVII əsrin əvvəllərində yaşamış aşıq şerinin görkəmli nüayəndələrindən biri olan Aşıq Qəribin adını daşıyır. Küçəyə aşığın adı 11.05.1990-cı il tarixli, 3/120 nömrəli sərəncama əsasən verilmişdir.
Etibar Qocayev küçəsi Küçə, torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Etbar Qocayevin adını daşıyır. Küçəyə şəhidin adı 23.09.1994-cü il tarixli, 10/106 nömrəli sərəncama əsasən verilmişdir.
Nemət Quliyev küçəsi Küçə, torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Nemət Quliyevin adını daşıyır. Küçəyə şəhidin adı 12.02.1996-ı il tarixli, 204 nömrəli sərəncama əsasən verilmişdir. Küçənin keçmiş adı Q.Musabəyov, ondan öncəki adı 3-cü Zavağzal olmuşdur.
Səxavət Quliyev küçəsi Küçə, torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Səxavət Quliyevin adını daşıyır. Küçəyə şəhidin adı 28.06.1995-ci il tarixli, 7/4 nömrəli sərəncama əsasən verilmişdir.
Vladimir Mayakovski küçəsi Küçə, XX əsrdə yaşayıb yaratmış görkəmli rus şairi və dramaturqu Vladimir Mayakovskinin adını daşıyır.
Asif Məmmədov küçəsi Küçə, torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Asif Məmmədovun adını daşıyır. Küçəyə şəhidin adı 15.04.1994-cü il tarixli, 4/32 nömrəli sərəncama əsasən verilmişdir.
Firdovsi Məmmədov küçəsi Küçə, torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Firdovsi Məmmədovun adını daşıyır. Küçəyə şəhidin adı 03.01.1992-ci il tarixli, 1/7 nömrəli sərəncama əsasən verilmişdir. Küçənin keçmiş adı Qolubyatnikov olmuşdur.
Malik Məmmədov küçəsi Küçə, torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Malik Məmmədovun adını daşıyır. Küçəyə şəhidin adı 29.04.1994-cü il tarixli, 5/44 nömrəli sərəncama əsasən verilmişdir.
Rahim Məmmədov küçəsi Küçə, torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Rahim Məmmədovun adını daşıyır. Küçəyə şəhidin adı 12.02.1996-cı il tarixli, 204 nömrəli sərəncama əsasən verilmişdir.
Tarzən Hacı Məmmədov küçəsi Küçə, məşhur tarzən, Azərbaycan SSR xalq artisti Hacı Məmmədovun adını daşıyır. Küçəyə tarzənin adı 17.04.1992-ci il tarixli, 5/19 nömrəli sərəncama əsasən verilmişdir.
Habil Mirzəyev küçəsi Küçə, torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Habil Mirzəyevin adını daşıyır. Küçəyə şəhidin adı 23.09.1994-cü il tarixli, 10/106 nömrəli sərəncama əsasən verilmişdir.
Hacı Murad küçəsi Küçə, Şimali Qafqaz xalqlarıının əslən Dağıstanın Xunzax kəndindən olan rəhbərlərindən biri olan Hacı Muradın adını daşıyır. Küçəyə qəhrəmanın adı 04.02.1991-ci il tarixli, 1/20 nömrəli sərəncama əsasən verilmişdir.
Rasim Muxtarov küçəsi Küçə, torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Rasim Muxtarovun adını daşıyır. Küçəyə şəhidin adı 20.12.1994-cü il tarixli, 14/151 nömrəli sərəncama əsasən verilmişdir.
Şahin Mustafayev küçəsi Küçə, torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Şahin Mustafayevin adını daşıyır. Küçəyə şəhidin adı 24.06.1994-cü il tarixli, 7/79 nömrəli sərəncama əsasən verilmişdir.
Murtuza Nağıyev küçəsi Küçə, akademik, alim Murtuza Nağıyevin adını daşıyır. Küçəyə akademikin adı 04.02.1991-ci il tarixli, 1/20 nömrəli sərəncama əsasən verilmişdir.
Ağa Nemətulla küçəsi Küçə, SSRİ neft sənayesi yenilikçilərindən olan Ağa Nemətullanın adını daşıyır. Küçəyə onun adı 27.01.1958-ci il tarixli, 28/579 nömrəli sərəncama əsasən verilmişdir. Küçənin keçmiş adı Vodopyanov olmuşdur.
Nəcəf Nərimanov küçəsi Küçə, görkəmli dövlət xadimi və yazıçı Nəcəf Nərimanovun adını daşıyır. Küçəyə yazıçının adı 05.07.1958-ci il tarixli, 36/852 nömrəli sərəncama əsasən verilmişdir.
Yanvar Nəsirov küçəsi Küçə, torpaqlarımızın azadlığı uğrunda həlak olmuş 20 Yanvar şəhidi Yanvar Nəsirovun adını daşıyır. Küçəyə şəhidin adı 26.02.1993-cü il tarixli, 5/36 nömrəli sərəncama əsasən verilmişdir. Küçənin keçmiş adı 4-cü Cənub olmuşdur.
Əlicabbar Orucəliyev küçəsi Küçə, görkəmli maarifçi, pedaqoq Əlicabbar Orucəliyevin adını daşıyır. Küçəyə maarifçinin adı 17.04.1992-ci il tarixli, 5/19 nömrəli sərəncama əsasən verilmişdir.
Tarzən Qurban Primov küçəsi Küçə, Azərbaycanın ilk xalq artisti, musiqiçi, tarzən Qurban Primovun adını daşıyır. Küçəyə tarzənin adı 29.07.1996-cı il tarixli, 11/104 nömrəli sərəncama əsasən verilmişdir. Küçənin keçmiş adı 1-ci Çapayev döngəsi, ondan öncəki adı 1-ci Faytonçu olmuşdur.
Vladislav Plotnikov küçəsi Küçə, torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Vladislav Plotnikovun adını daşıyır. Küçəyə şəhidin adı 29.07.1996-cı il tarixli, 1013 nömrəli sərəncama əsasən verilmişdir. Küçənin keçmiş adı S.Əfəndiyev, ondan öncəki adı 5-ci Sverdlov, daha öncəki adı isə 5-ci Qanlıtəpə olmuşdur.
Əhməd Rəcəbli küçəsi Küçə, tanınmış seleksiyaçı genetik alim, professor, aqronom, Ümiumittifaq Kənd Təsərrüfatı Akademiyasının akademiki Əhməd Rəcəblinin adını daşıyır. Küçəyə akademikin adı 20.02.1994-cü il tarixli sərəncama əsasən verilmişdir.
Şəmsi Rəhimov küçəsi Küçə, Azərbaycanın dövlət xadimi, polkovnik. Azərbaycan Respublikası Prezidenti yanında Xüsusi İdarənin rəisi işləmiş Şəmsi Rəhimovun adını daşıyır. Küçəyə polkovnikin adı 20.10.1995-ci il tarixli, 10/9 nömrəli sərəncama əsasən verilmişdir.
Koroğlu Rəhimov küçəsi Küçə, torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş, Azərbaycanın Milli Qəhrəmanı Koroğlu Rəhimovun adını daşıyır. Küçəyə Milli Qəhrəmanın adı 24.04.1995-ci il tarixli, 4/7 nömrəli sərəncama əsasən verilmişdir. Küçənin keçmiş adı Nəvai, ondan öncəki adı 11-ci Zavağzal olmuşdur.
Sabit Rəhman küçəsi Küçə, yazıçı dramaturq, Azərbaycanın əməkdar incəsənət xadimi Sabit Rəhmanın adını daşıyır. Küçəyə yazıçının adı 21.03.1971-ci il tarixli, 21/310 nömrəli sərəncama əsasən verilmişdir. Küçənin keçmiş adı 10-cu Dağlıq olmuşdur.
Qafur Rəşad küçəsi Küçə, maarifçilik ideyalarının yayılmasında xüsusi xidmətləri olan publisist, tərcüməçi Qafur Rəşad Mirzəzadənin adını daşıyır. Küçəyə maarifçinin adı 28.01.1970-ci il tarixli, 67/14 nömrəli sərəncama əsasən verilmişdir. Küçənin keçmiş adı 12-ci Zavağzal olmuşdur.
Pəhlivan Rüstəmov küçəsi Küçə, torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Pəhlivan Rüstəmovun adını daşıyır. Küçəyə şəhidin adı 04.08.1998-ci il tarixli, 694 nömrəli sərəncama əsasən verilmişdir.
Oqtay Salamzadə küçəsi Küçə, tanınmış yazıçı-publisist, jurnalist Oqtay Salamzadənin adını daşıyır.
Hüseynqulu Sarabski küçəsi Küçə, Azərbaycan opera müğənnisi, aktyor, rejissor, pedaqoq, teatr xadimi, Azərbaycanın xalq artisti, Azərbaycan professional musiqi teatrının banilərindən biri Hüseynqulu Sarabskinin adını daşıyır. Küçəyə incəsənət xadiminin adı 22.08.1958-ci il tarixli, 47/1012 nömrəli sərəncama əsasən verilmişdir. Küçənin keçmiş adı 10-cu Sverdlovsk, daha öncəki adı 10-cü Qanlıtəpə olmuşdur.
Möhsün Sənani küçəsi Küçə, görkəmli Azərbaycan aktyoru, Azərbaycan SSR xalq artisti Möhsün Sənaninin adını daşıyır. Küçəyə aktyorun adı 11.05.1990-cı il tarixli, 3/120 nömrəli sərəncama əsasən verilmişdir. Küçənin keçmiş adı Kasparov, ondan öncəki adı 8-ci Dağlıq olmuşdur.
Nurəddin Süleymanov küçəsi Küçə, torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Nurəddin Süleymanovun adını daşıyır. Küçəyə şəhidin adı 28.06.1995-ci il tarixli, 7/4 nömrəli sərəncama əsasən verilmişdir.
Natiq Şahbazov küçəsi Küçə, torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Natiq Şahbazovun adını daşıyır. Küçəyə şəhidin adı 05.09.1995-ci il tarixli, 9/2 nömrəli sərəncama əsasən verilmişdir.
Rəhim Şıxəliyev küçəsi Küçə, torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Rəhim Şıxəliyevin adını daşıyır. Küçəyə şəhidin adı 05.09.1995-ci il tarixli, 9/2 nömrəli sərəncama əsasən verilmişdir.
Tələt Şıxəliyev küçəsi Küçə, əməkdar rəssam Tələt Şıxəliyevin adını daşıyır. Küçəyə rəssamın adı 20.02.1992-ci il tarixli, 2/10 nömrəli sərəncama əsasən verilmişdir. Küçənin keçmiş adı Vannikov, ondan öncəki adı 7-ci Zavağzal olmuşdur.
Xan Şuşinski küçəsi Küçə, görkəmli xanəndə, muğam ifaçısı, Azərbaycanın xalq artisti Xan Şuşinskinin adını daşıyır. Küçəyə xanəndənin adı 17.04.1992-ci il tarixli, 5/19 nömrəli sərəncama əsasən verilmişdir. Küçənin keçmiş adı S.Vasilyev, ondan öncəki adı 6-cı Aşırım olmuşdur.
Xəlil Rza Ulutürk küçəsi Küçə, Azərbaycanın xalq şairi, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru Xəlil Rza Ulutürkün adını daşıyır.
Təbriz küçəsi Küçə, İranın əsrarəngiz şəhəri olan Təbrizin adını daşıyır. Küçəyə bu şəhərin adı 04.02.1991-ci il tarixli, 1/20 nömrəli sərəncama əsasən verilmişdir. Küçənin keçmiş adı Çapayev, ondan öncəki adı 2-ci Sloboda olmuşdur.
Əliağa Vahid küçəsi Küçə, görkəmli şair, qəzəlxan, Azərbaycan SSR Əməkdar İncəsənət Xadimi Əliağa Vahidin adını daşıyır. Küçəyə qəzəlxanın adı 28.01.1970-ci il tarixli, 67/14 nömrəli sərəncama əsasən verilmişdir. Küçənin keçmiş adı 5-ci Zavağzal olmuşdur.
Səməd Vurğun küçəsi Küçə, görkəmli şair, ictimai xadim, akademik, Azərbaycanın ilk xalq şairi Səməd Vurğunun adını daşıyır. Küçənin keçmiş adı Krasnoarmeyskaya, ondan öncəki adı Krasnovodskaya olmuşdur.
Nəsibbəy Yusifbəyli küçəsi Küçə, ictimai-siyasi və dövlət xadimi, publisist, maarifçi Nəsibbəy Yusifbəylinin adını daşıyır. Küçəyə dövlət xadiminin adı 17.04.1992-ci il tarixli, 5/19 nömrəli sərəncama əsasən verilmişdir. Küçənin keçmiş adı Leninqrad, ondan öncəki adı 7-ci Dağlıq olmuşdur.
Faiq Yusifov küçəsi Küçə, torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Faiq Yusifovun adını daşıyır. Küçəyə şəhidin adı 07.08.1995-ci il tarixli, 8/13 nömrəli sərəncama əsasən verilmişdir. Küçənin keçmiş adı Xuluflu, ondan öncəki adı 16-cı Zavağzal olmuşdur.
Cahangir Zeynalov küçəsi Küçə, Azərbaycanda realist aktyor məktəbinin banisi, teatr xadimi Cahangir Zeynalovun adını daşıyır. Küçəyə incəsənət xadiminin adı 26.05.1993-cü il tarixli, 11/104 nömrəli sərəncama əsasən verilmişdir. Küçənin keçmiş adı 2-ci Çapayev döngəsi, ondan öncəki adı 2-ci Faytonçu olmuşdur.
Olimpiya küçəsi Küçədə və ətrafında idmanla əlaqədar təsisatların inzibati binaları (Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi, və s.) sıx yerləşdiyi üçün bura “Olimpiya küçəsi” adını daşıyır. Küçəyə bu ad 03.04.2001-ci il tarixli, 240 nömrəli sərəncama əsasən verilmişdir.
Albert Aqarunov küçəsi Küçə, 8 may 1992-ci ildə Şuşa uğrunda gedən döyüşlərdə snayper gülləsinə tuş gələrək torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Yəhudi əsilli tankçı, Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun  adını daşıyır. Küçəyə Milli Qəhrəmanın adı 25.01.2018-ci il tarixli, C-231 nömrəli sərəncama əsasən verilmişdir.
Nuru Paşa küçəsi Küçə, Osmanlı ordusunun generalı, Qafqaz İslam Ordusunun komandanı, 1918-ci ilin sentyabrın 15-də Bakını bolşevik və erməni daşnaklarından xilas etmiş Nuru Paşanın adını daşıyır.  Küçəyə generalın adı 09.07.2018-ci il tarixli, 374 nömrəli sərəncama əsasən verilmişdir. Küçənin keçmiş adı Dəmirçi olmuşdur.
Anatoli Banişevski küçəsi Küçə,  Ukrayna əsilli Azərbaycan futbolçusu və məşqçisi, Azərbaycan futboluna böyük töhfələr bəxş etmiş Anatoli Banişevskinin adını daşıyır. Küçəyə futbolçunun adı 09.07.2018-ci il tarixli, 374 nömrəli sərəncama əsasən verilmişdir. Küçənin keçmiş adı 1-ci Cıdır Döngəsi olmuşdur.
Mübariz İbrahimov küçəsi Küçə, torpaqlarımızın azadlığı uğrunda, düşmənin xeyli sayda canlı qüvvəsini məhv edərək şəhid olmuş Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun adını daşıyır. Küçəyə Milli Qəhrəmanın adı 09.07.2018-ci il tarixli, 374 nömrəli sərəncama əsasən verilmişdir. Küçənin keçmiş adı 1-ci Şimal Şitilliyi olmuşdur.
Nadir Seyidov küçəsi Küçə, görkəmli Azərbaycan alimi, kimya elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, akdemik Nadir Seyidovun adını daşıyır. Küçəyə akademikin adı 09.07.2018-ci il tarixli, 374 nömrəli sərəncama əsasən verilmişdir. Küçənin keçmiş adı 7-ci Cıdır Döngəsi olmuşdur.
Tağı Şahbazi Simurq küçəsi Küçə,  Bakı Dövlət Univrsitetinin ilk azərbaycnlı rektoru, görkəmli yazıçı, publisist, pedaqoq Tağı Şahbazi Simurqun adını daşıyır. Küçəyə yazıçının adı 09.07.2018-ci il tarixli, 374 nömrəli sərəncama əsasən verilmişdir.
Elşad Quiyev küçəsi Küçə, Azərbaycan SSR əməkdar incəsənət xadimi, tarix elmləri namizədi, Beynəlxalq Ekoenergetika Akademiyasının elmlər doktoru, professoru, Beynəlxalq Televiziya Akademiyasının həqiqi üzvü Elşad Quiyevin adını daşıyır. Küçəyə professorun adı 09.07.2018-ci il tarixli, 374 nömrəli sərəncama əsasən verilmişdir.
Həştərxan küçəsi Küçə, Rusiya Federasiyasının Həştərxan vilayətinin adını daşıyır. Küçəyə vilayətin adı 09.07.2018-ci il tarixli, 374 nömrəli sərəncama əsasən verilmişdir. Küçənin keçmiş adı 9-cu Cıdır Döngəsi olmuşdur. Qeyd edək ki, Həştərxan vilayətinin Həştərxan şəhəri ilə Bakının Nərimanov rayonu qardaşlaşmışlar və hər iki tərəf arasında artıq uzun müddətdir ki, sürətlə inkişaf edən sosial-iqtisadi, ictimai-siyasi, mədəni əlaqələr mövcuddur.
Fəraməz Maqsudov küçəsi Küçə, fizika-riyaziyyat elmləri doktoru, akademik, 1997-2000-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti olmuş Fəraməz Maqsudovun adını daşıyır. Küçəyə akademikin adı 09.07.2018-ci il tarixli, 374 nömrəli sərəncama əsasən verilmişdir. Küçənin keçmiş adı 6-cı Köndələn olmuşdur.
Milli Həmrəylik küçəsi Küçə, xalqımızın milli həmrəylik rəmzi olaraq bu adı daşıyır. Küçəyə bu ad 09.07.2018-ci il tarixli, 374 nömrəli sərəncama əsasən verilmişdir. Küçənin keçmiş adı 10-cu Köndələn olmuşdur.
Fərid Əhmədov küçəsi Küçə, torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş, ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilmiş Fərid Əhmədovun adını daşıyır. Küçəyə şəhidin adı 09.07.2018-ci il tarixli, 374 nömrəli sərəncama əsasən verilmişdir. Küçənin keçmiş adı Montin Daş Karxanası olmuşdur.
Memar Ələsgər Hüseynov küçəsi Küçə, görkəmli Azərbaycan memarı Ələsgər Hüseynovun adını daşıyır. Küçəyə memarın adı 09.07.2018-ci il tarixli, 374 nömrəli sərəncama əsasən verilmişdir. Küçənin keçmiş adı Balaəmi Dadaşov, ondan öncəki adı Klara Setkina, daha öncəki adı isə 3-cü Sloboda olmuşdur.
Mahir Mirzəyev küçəsi Küçə, 2016-cı ilin aprel döyüşlərində şəhir olmuş Mahir Mirzəyevin adını daşıyır. Küçəyə şəhidin adı 09.07.2018-ci il tarixli, 374 nömrəli sərəncama əsasən verilmişdir. Küçənin keçmiş adı 4-cü Aşırım olmuşdur.
Şahmar Ələkbərov küçəsi Küçə, görkəmli Azərbaycan rejissoru, ölməz aktyor, ssenarist, Azərbaycan SSR xalq artisti Şahmar Ələkbərovun adını daşıyır. Küçəyə aktyorun adı 09.07.2018-ci il tarixli, 374 nömrəli sərəncama əsasən verilmişdir. Küçənin keçmiş adı PY UA 38/10 olmuşdur.
Habil Əliyev küçəsi Küçə, görkəmli kamança ustası, Azərbaycan Respublikasının xalq artisti Habil Əliyevin adını daşıyır. Küçəyə sənətkarın adı 09.07.2018-ci il tarixli, 374 nömrəli sərəncama əsasən verilmişdir. Küçənin keçmiş adı Bakı Ət Kombinatı olmuşdur.
Böyük İpək Yolu küçəsi Küçə, qədim dövrlərdə və orta əsrlərdə Çindən Orta və Ön Asiya ölkələrinə aparan, tarixi ticarət marşrutu olan karvan yolunun adını daşıyır. Küçəyə bu ad 09.07.2018-ci il tarixli, 374 nömrəli sərəncama əsasən verilmişdir. Küçənin keçmiş adı Müzəffər Nərimanov olmuşdur.









 

Keçidlər