Normativ hüquqi baza
“Nərimanov Rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya seçkinin təşkili məqsədi ilə Komissiyanın yaradılması haqqında” Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 276 nömrəli, 1 dekabr 2023-cü il tarixli Sərəncam
Azərbaycan Respublikası
Bakı şəhər Nərimanov Rayon İcra Hakimiyyəti başçısının
SƏRƏNCAMI
№ 276 01 dekabr 2023-cü il
Nərimanov Rayon İcra Hakimiyyəti yanında
İctimai Şuraya seçkinin təşkili məqsədi ilə
Komissiyanın yaradılması haqqında
“İctimai iştirakçılıq haqqında Azərbaycan Respublikası Qanunu”nun 6.1-ci maddəsini, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 may 2014-cü il tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”nin 2.3-cü və “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 6.8-ci bəndlərini rəhbər tutaraq qərara alıram:
1. Nərimanov Rayon İcra Hakimiyyəti (RİH) yanında İctimai Şuraya seçkinin təşkili məqsədi ilə 9 nəfərdən ibarət seçki komissiyası yaradılsın.
2. Seçki komissiyasının tərkibi RİH əməkdaşlarından 4 üzv və vətəndaş cəmiyyəti institutu nümayəndələrindən 5 üzv olmaqla aşağıdakı kimi təsdiq edilsin:
Komissiyanın sədri:
İradə Muradova RİH başçısının müavini
Komissiyanın üzvləri:
Rəşad İmanov RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri
Elçin Quliyev RİH başçısı Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri
Əli Həsənov RİH başçısı Aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri
Qurban Osmanov “Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai Birliyinin Nərimanov rayon şöbəsinin sədri
Müxəstə Həsənova “20 Yanvar Şəhid ailələri” Cəmiyyətinin Nərimanov rayon nümayəndəliyinin sədri
Gülşən Behbudova “Milli Dəyərlər üzrə Maarifləndirmə” İctimai Birliyinin sədri
Kamal Əliyev “Çernobıl Əlilləri İttifaqı” İctimai Birliyinin Nərimanov rayon filialının sədr əvəzi
Esmira Sadıxova “Qızıl Aypara” Cəmiyyətinin Nərimanov rayon komitəsinin sədri
3. Seçki komissiyasına tapşırılsın:
3.1. RİH-in rəsmi internet səhifəsində İctimai Şuraya seçkilərin təşkili ilə əlaqədar olaraq namizədlərin irəli sürülməsi, qeydiyyatının başlanması və başa çatması vaxtını elan etsin;
3.2. "İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə"nin 2.9-cu maddəsinə uyğun olaraq RİH yanında İctimai Şuraya namizədlərin irəli sürülməsi və qeydiyyatı 21 gün müddətinə başa çatdırılsın.
4. Sərəncamın sürətlərini aidiyyəti üzrə çatdırılması RİH başçısı Aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə tapşırılsın.
Nərimanov Rayon
İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev