Ictimai Şura
Elanlar
Elan
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 may 2014-cü il tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 4 iyun 2026-cı il tarixli, 71 nömrəli Sərəncamı ilə Nərimanov Rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya seçkinin təşkili məqsədi ilə yerli icra hakimiyyəti və vətəndaş cəmiyyəti institutu nümayəndələrindən ibarət seçki komissiyası yaradılmışdır.
Bununla əlaqədar olaraq 04.06.2026-cı il tarixdən etibarən 21 gün müddətində Nərimanov Rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya namizədlərin irəli sürülməsi, qeydiyyatı elan olunur və 24.06.2026-cı il tarixdə başa çatacaqdır.
4 iyun 2026-cı il








