Ictimai Şura
İctimai Şuranın yaradılması üçün keçirilmiş seçkinin yekun protokolu
Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərəcək
İctimai Şuranın yaradıması üçün keçirilmiş seçkinin
YEKUN PROTOKOLU
Bakı şəhəri 09.10.2020-ci il
Yığıncaqda iştirak edirdilər:
Seçki komissiyasının üzvləri:
İradə Mahmudova RİH başçısının müavini
Yusif Sadıqov RİH başçısı Aparatının Ərazi İdarəetmə və yerli özünüidarə orqanları ilə iş şöbəsinin müdiri
Firdovsi Calalov RİH başçısı Aparatının Hüquq şöbəsinin müdiri
Əli Həsənov RİH başçısı Aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə şöbəsinin müdiri
Təmraz Tağıyev Nərimanov Bələdiyyəsinin sədri
Bəsrət Quliyev “Bakı Taxıl” ASCnin sədri
Qurban Osmanov “Vətən Müharibəsi Veteranları Birliyi”nin Nərimanov rayon şöbəsinin sədri
Sabir Məlikov Azərbaycan Uşaq Fondunun Nərimanov rayon şöbəsinin sədr müavini
Nəzrin Məmmədova Bakı İdarəetmə və Texnologiya Kollecinin Gənclər Təşkilatının üzvü
Səsvermədə iştirak edən vətəndaş cəmiyyəti institutlarından:
Həsənov Miri Bilal oğlu Rayon Ağsaqqallar Şurasının sədri
Hacıyeva Lidiya Nikifirovna Rus Cəmiyyətinin Nərimanov Rayon şöbəsinin sədri
Osmanov Qurban Bayram oğlu Azərbaycan Respublikası Vətən Müharibəsi Veteranlar Birliyinin rayon şöbəsinin sədri
Əhmədov Ayaz Süleyman oğlu Azərbaycan Əlillər Cəmiyyətinin Nərimanov Rayon şöbəsinin sədri
GÜNDƏLİK MƏSƏLƏ:
Narimanov Rayon İcra Hakimiyyəti yanında fəaliyyət gösrtərəcək İctimai Şuranın növbəti iki il müddətinə seçilməsi
EŞİDİLDİ:
Gündəlikdə duran məsələ barəsində iclasın və seçki komissiyasının sədri İradə Mahmudova məlumat verərək bildirdi ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti 2014-cü il 30 may tarixli, 171 nömrəli qərarı ilə “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərərindən seçilməsinə dair Əsasnamə”nin 2.3-cü bəndini əsas tutaraq, Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 09 sentyabr 2020-ci il tarixli, 170 nömrəli Sərəncamı ilə Nərimanov Rayon İcra Hakimiyyəti Başçısı Aparatı yanında fəaliyyət göstərəcək ictimai şuraya seçkinin təşkili komissiyası tərəfindən 10.09.2020-ci il tarixdə Nərimanov Rayon İcra Hakimiyyətinin rəsmi internet səhifəsində ictimai şuranın yaradılması ilə bağlı elan yerləşdirilmiş və 09.10.2020-ci il tarixdə 16:00-da keçiriləcək seçkiyə namizədlərin qəbuluna başlanmışdır.
10.09.2020-ci il tarixindən 09.10.2020-ci il tarixədək həftənin 5 iş günü saat 9:00- dan 18:00-dək namizədlərin sənəd qəbulu aparılmış və müraciət edən aşağıdakı 11 (onbir) namizədin hər birinin namizədliyi komissiya üzvləri təfərindən məqbul hesab olunmuşdur.
Seçki komissiyası vətəndaş cəmiyyəti institutlarının müraciəti əsasında birgə yığıncaqda iştirak edəcək təmsilçilərin qeydiyyatını da aparmışdır. Komissiya tərəfindən aşağıdakı təmsilçilər qeydiyyata alınmışdır:
Həsənov Miri Bilal oğlu Rayon Ağsaqqallar Şurasının sədri
Hacıyeva Lidiya Nikifirovna Rus Cəmiyyətinin Nərimanov Rayon şöbəsinin sədri
Osmanov Qurban Bayram oğlu Azərbaycan Respublikası Vətən Müharibəsi Veteranlar Birliyinin rayon şöbəsinin sədri
Əhmədov Ayaz Süleyman oğlu Azərbaycan Əlillər Cəmiyyətinin Nərimanov Rayon şöbəsinin sədri
ÇIXIŞ ETDİLƏR:
1. Həsənov Miri Bilal oğlu Rayon Ağsaqqallar Şurasının sədri
2. Osmanov Qurban Bayram oğlu Azərbaycan Respublikası Vətən Müharibəsi Veteranlar Birliyinin rayon şöbəsinin sədri
3. Əhmədov Ayaz Süleyman oğlu Azərbaycan Əlillər Cəmiyyətinin Nərimanov Rayon şöbəsinin sədri
Nərimanov Rayon Ağsaqqallar Şurasının sədri Miri Həsənov çıxışında qeyd etdi ki, demokratik prinsiplərlə idarə olunan dövlətdə vətəndaş cəmiyyətinin rolu böyükdür və “İctimai iştirakçılıq haqqında”Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq, yaradılan İctimai şuranın məqsədi Azərbaycan vətəndaşlarının dövlətin idarə olunmasında iştirak etmək hüququnun ictimai iştirakçılıq formasında gerçəkləşdirilməsi üçün təminatlar yaratmaqdır. M.Həsənov çıxışında həmçinin bildirdi ki, İctimai Şuraların yaradılması həyatın tələbinə çevrilmişdir. Belə ki, bu şuralar vətəndaşlarla hökumət arasında körpü rolunu oynayacaq, bununla da qarşılıqlı dialoq yaranacaq, vətəndaşlar istək və təkliflərini açıq şəkildə hökumətə çatdıra biləcəklər.
Azərbaycan Respublikası Vətən Müharibəsi Veteranlar Birliyinin rayon şöbəsinin sədri Qurban Osmanov çıxış edərək "İctimai iştirakçılıq" haqqında qanunun qəbulunu və cənab Prezident İlham Əliyev tərəfindən icraya yönəldilməsinin ölkə vətəndaşlarının dövlət idarəçiliyində və qərar qəbulunda fəal iştirakının təmin edilməsi baxımından çox mühüm bir hadisə olduğunu qeyd etdi. Q.Osmanov Azərbaycan hökumətinin bu addımını indiyə qədər ölkədə keçirilən hüquqi islahatların, vətəndaş cəmiyyəti quruculuğu və demokratikləşmə prosesinin davamı və dövlət-vətəndaş münasibətlərinin inkişafında növbəti, keyfiyyətcə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirdi. O, ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafı yönündə ardıcıl həyata keçirilən dövlət siyasəti, Şuranın QHT-lərə verdiyi dəstəyin istiqamətləri haqqında məlumat verdi. Şuranın hər zaman dövlət qurumları ilə vətəndaş cəmiyyəti institutları arasında dialoq mühitinin genişlənməsinə çalışdığını deyən Q.Osmanov icra hakimiyyəti orqanlarının fəaliyyətinə ictimai nəzarətin təmin olunmasının onların fəaliyyətinin effektivliyinin artırılmasına böyük töhfə verəcəyini söylədi.
Azərbaycan Əlillər Cəmiyyətinin Nərimanov Rayon şöbəsinin sədri Ayaz Əhmədov isə keçiriləcək seçkinin şəffaflığını alqışlayaraq söylədi ki, Azərbaycan demokratikləşdirmə siyasətinin bütün sahələrdə uğurla inkişafı müşahidə olunur. Bu sırada vətəndaş təşəbbüslərinin dəstəklənməsi, dövlət orqanlarının yanında QHT-lərin iştirakı ilə ictimai qurumların yaradılması və s. kimi məsələlərlə bağlı indiyədək bir sıra addımlar atılıb. Vətəndaşlar bu qanunun onlara yaratdığı hüquqi imkanlar çərçivəsində Nərimanov Rayon İcra Hakimiyyətinin fəaliyyətində ictimai iştirakçılığın məqsədini, prinsiplərini, forma və məzmununu ifadə etməklə yanaşı, mövcud problemlərin yerli qaydada həllinə də nail ola biləcəklər.
İclas yuxarıdakı çıxışlardan sonra seçki keçirərək
QƏRARA ALIR:
1. Birgə yığıncaqda iştirak edənlərin yarıdan çoxunun səsini toplamış aşağıdakı şəxslər Nərimanov Rayon İcra Hakimiyyəti başçısı Aparatı yanında fəaliyyət göstərəcək İctimai Şuranın tərkibinə seçilmiş hesab olunurlar:
1. Alməmmədov Fazil Çoban oğlu
2. Bayramova Gülbəniz İsfəndiyar qızı
3. Əkbərov Tamerlan Eldar oğlu
4. Hümbətov Arif Məhəmmədəli oğlu
5. Süleymanova Arzu Vaqif qızı
6. Sadıxova Esmira Məmməd qızı
7. Həsənova Müxəstə Zinhar qızı
8. Şabanov Elşad Yusif oğlu
9. Muradova Roza Namiq qızı
10. Quliyev Bəsrət Nadir oğlu
11. Məmmədov Nurulla Nurulla oğlu
2. Seçki komissiyası tərəfindən seçkilərin nəticələrinə dair yekun protokolu tərtib olunduğu gündən iyirmi gün müddətinə ilk iclasını keçirməklə İctimai Şura fəaliyyətə başlasın.
İclasın sədri: İradə Mahmudova
İclasın katibi: Sabir Məlikov