Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi və qələbə ilə başa çatan 44 günlük Vətən Müharibəsində canından keçərək şəhidlik zirvəsinə yüksələn igid oğullarımızdan biri də şəhid Quliyev Əkbər Güləhməd oğludur.
Müəllifi olduqları inşa yazıları ilə 3 fevral 2021-ci il tarixdə Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi və Nərimanov Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən “Vətən Müharibəsi – Qarabağ Zəfəri” adlı inşa yazı müsabiqəsində iştirak etmiş rayon məktəbliləri Nərimanov Rayon İcra Hakimiyyətində mükafatlandırılıb.
Strategiyası”na uyğun olaraq ölkə üzrə peyvəndlənmə prosesi mərhələli şəkildə davam edir. Strategiyaya əsasən növbəti mərhələdə, fevral ayının 17-dən etibarən 50 yaş və daha yuxarı şəxslərin COVID-19 xəstəliyinə qarşı vaksinasiyası nəzərdə tutulur.
Portal əhalini ölkənin ictimai və mədəni həyatında, vətəndaş cəmiyyəti quruculuğu sahəsində fəal iştiraka təşviq etmək, eyni zamanda ictimai nəzarətin gücləndirilməsinə töhfə vermək məqsədilə hazırlanıb.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na əsasən Nərimanov rayonunda 2021-ci il yanvarın 19-dan həyata keçirilən səhiyyə işçilərinin vaksinləşmə prosesi artıq müvəffəqiyyətlə başa çatmış, fevralın 8-dən etibarən isə 65 yaş və ondan yuxarı olan, risk qrupuna daxil edilən insanlar arasında vaksinləşmə işi həyata keçirilir.